Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar

Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar
# 05 fevral 2016 15:09 (UTC +04:00)

Bakı - APA. Polşalı parlamentarilər Xocalı faciəsi ilə bağlı tədbirə qatılacaqlar.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr departamentinin eksperti Toğrul Məmmədli bildirib.

Ekspertin sözlərinə görə, Xocalı faciəsinin 24-cü il dönümü ərəfəsində Azərbaycanın Polşadakı səfirliyi, Polşa-Azərbaycan Assosiasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçiriləcək anım tədbirinə, Polşanın hakim Qanun və Ədalət Partiyasının deputatlarından ibarət nümayəndə heyəti video-konfrans vasitəsilə qatılacaqlar.

Bildirilib ki, məlumatlandırıcı tədbirlərin sayının artırılması Xocalı soyqırımının beynəlxalq aləmdə kimi tanıdılmasına yardım edə bilər.

Xatırladaq ki, Xocalı soyqırımının tanıdılması istiqamətində beynəlxalq tədbirlər 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyası çərçivəsində keçirilir. Bu günə qədər 10-dək ölkə, ABŞ-ın bir neçə ştatı və müxtəlif beynəlxalq təşkilatlar Xocalı faciəsini rəsmi olaraq tanıyıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR