Dövlət katibi: “ABŞ Rusiyanı güclü görmək istəyir”

Dövlət katibi: “ABŞ Rusiyanı güclü görmək istəyir”
# 19 dekabr 2015 12:29 (UTC +04:00)

Bakı-APA. “Vaşinqton Moskva ilə qarşıdurma axtarmır və ümumi çağırışlara qarşı mübarizə aparmaq üçün Rusiyanı güclü görmək istəyir”.

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Con Kerri bir televiziya proqramında deyib. “Bizi Rusiya ilə normal əlaqələrin birləşdirməsini istəyərdik. Dünya miqyasında problemlərin həllinə kömək edəcək güclü Rusiyanı görmək istəyirik, çünki ümumi çağırışlar kifayət qədərdir” – deyə, dövlət katibi əlavə edib.

C. Kerri xatırladıb ki, Rusiya tərəfinin və şəxsən xarici işlər naziri Serqey Lavrovun səyləri nəticəsində İranın nüvə proqramına dair razılaşma əldə edilib: “Serqey Lavrovla birlikdə Suriyada kimyəvi silahdan istifadəyə dair məsələnin həlli üçün çalışmışıq. Rusiya, həmçinin, Parisdə iqlim konfransı ilə bağlı yekun razılaşmanın əldə olunmasına nail olub. Biz bir-birimizlə işləməyə davam etmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR