Sergey Lavrov: "Rusiya ilə Türkiyə Suriyada BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasında maraqlıdır"

Sergey Lavrov: "Rusiya ilə Türkiyə Suriyada BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasında maraqlıdır"
# 17 sentyabr 2015 16:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və Türkiyə Suriyada BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasında maraqlıdır".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Firudin Sinirlioğlu ilə birgə keçirdiyi brifinqdə bildirib.

"Suriya münaqişəsinin tənzimlənməsində ümumi marağımız var. Bu maraq 2012-ci ildə Cenevrə kommunikesində də qeyd edildiyi kimi BMT-nin himayəsi altında siyasi dialoqun başlanmasına yardım etməkdən ibarətdir", - deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR