Deputatlığa namizəd Rüfət Quliyev seçicilər qarşısında elmi fəaliyyəti barədə hesabat verib

Deputatlığa namizəd Rüfət Quliyev seçicilər qarşısında elmi fəaliyyəti barədə hesabat verib
# 21 oktyabr 2015 14:13 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd professor Rüfət Quliyev 2010-2015-ci illərdəki elmi fəaliyyəti barədə seçiciləri qarşısında hesabat verib.

Hesabatda bildirilir ki, deputatlığa namizəd Rüfət Quliyev 1986-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin (əvvəllər Kiyev Dövlət Universiteti) İqtisadiyyat fakültəsini bitirərək, Azərbaycan Texniki Universitetində (əvvəllər Politexnik İnstitutu) pedagoji fəaliyyətə başlayıb. Hazırda həmin Universitetin professoru və “İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı” kafedrasının müdiri, eyni zamanda Taras Şevçenko adına Kiyev Milli Universitetinin də professorudur. 1995-ci ildən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad elmləri doktorudur. 230-a yaxın elmi əsər və məqalənin (o cümlədən, 7 monoqrafiya, 4 dərslik, 3 broşüra) müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Iqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür. Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Çin Xalq Respublikası, Küveyt, Almaniya, Şimali Kipr, Latviya, Moldova, Qazaxıstan, BƏƏ-də təşkil edilən konfranslarda ölkəmizin iqtisadiyyatının inkişaf yolları və əldə edilmiş uğurlar barədə çıxışlar edib. 2010-cu ildən keçən 5 ildə Rüfət Quliyev 3 kitab, 1 bröşüra, 36 məqalə yazmış. 12 elmi konfransda çıxış etmiş, Fransa, Almaniya, Rusiya, Ukrayna və Belarusda keçirilən elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil etmiş və çıxışlar etmişdir. Həmçinin ölkəmizdə keçirilən elmi konfranslarda da çıxışlar etmişdir. Onun mütəmadi olaraq akademik Ziyad Səmədzadənin təsisçisi olduğu “İqtisadiyyat” qəzetində dərc olunan məqalələri elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Hesabat verən deputatlığa namizəd qeyd etmişdir ki, ötən 5 ildə Taras Şevçenko adına Kiyev Kiyev Milli Universitetinin professoru seçilmiş, 2 kafedra birləşdirdikdən sonra Azərbaycan Texniki Universitetinin “İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı” kafedrasının müdiri seçilmişdir və hazırda bu vəzifəni uğurla yerinə yetitir. Bu müddət ərzində 3 dissertantın elmi rəhbəri olmuş, 2 doktorluq, 8 namizədlik dissertasiyalarına rəy verib. Deputat fəaliyyətilə əlaqədar Müstəqil Dövlətlər Birliyi ölkələrinə etdiyi 48 səfərin əksəriyyəti zamanı olduğu ölkələrdə ali təhsil alan tələbələrlə görüşmüş,onların qarşılaşdıqları problemlərin həllinə yardımçı olmuşdur. Konkret olaraq Rusiya Federasiyasında təhsil alan tələbələrin, xüsusilə Lənkərandan olanların müvəqqəti qeydiyyat məsələsində üzləşdikləri problemlərin həlli üçün dəfələrlə Rusiya Federal Məclisi Federasiya Şurasının rəhbərliyinə müraciətlər etmiş və son nəticədə məsələ öz müsbət məntiqi həllini tapmışdır.

Professoru olduğu Taras Şevçenko adına Kiyev Milli Universitetinin bakalavr və magistr pilləsində təhsil alan tələbələrin rastlaşdıqları dil problem (bəzi fənlər Ukrayna dilində tədris olunduğundan) də Rüfət Quliyevin diqqət mərkəzində olmuşdur. Rektor akademik Leonid Quberski ilə danışandan sonra Rüfət müəllim Azərbaycanlı tələbələrə güzəştlər edilməsinə nail olmuşdur ki, bu da tələbələr arasında çox müsbət reaksiya verib. Bu Universitetdəki səmərəli fəaliyyətinə və Universitetin yaranmasının 225 illiyi münasibətilə yubiley medalı və dəfərlərlə diplomlarla təltif olunub. Lənkəranda da istər Lənkəran Dövlət Universitetində, istərsə də deputatın qəbul otağında Rüfət Quliyev dəfələrlə bu Universitetin tələbələri və digər gənclərlə görüşlər keçirmiş və onların problemlərilə maraqlanmış və bəzilərini yerindəcə həll edib. Lənkəran Şəhər İcra başçısı cənab Taleh Qaraşovun təşəbbüsü və əsl pedaqoq, alim olan Rüfət Quliyevin dəstəyilə dəfələrlə seçki dairəsinə daxil olan ərazilərdəki orta məktəblərin Xİ sinif şagirdləri üçün əlavə sınaq-test yoxlamaları keçirilib. Deputatlığa namizəd qeyd etdirmişdir ki, deputat seçiciləyi təqdirdə əvvəllər olduğu kimi yenə də Lənkəran gənclərinin təhsil məsələlərinə həmişə xüsusi diqqət ayıracaq və çalıçacaq ki, istedadlı şagird və tələbələrə imkanları daxilində köməkliklər göstərib onların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə öz töhfəsini versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR