Ərdoğan İraqda sərbəst buraxılan türkiyəli inşaatçıları qəbul edib

 Ərdoğan İraqda sərbəst buraxılan türkiyəli inşaatçıları qəbul edib
# 01 oktyabr 2015 00:14 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28 gün əvvəl İraqda girov götürülən və sentyabrın 30-da sərbəst buraxılan 16 türkiyəli inşaatçısını qəbul edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bağlı qapılar arxasında keçirilən görüş 1 saat davam edib.

Məlumata əsasən, prezident qonaqlarına müxtəlif hədiyyələr təqdim edib, həmçinin Türkiyə vətəndaşlarının azad olunmasında əməyi olanlara təşəkkürünü bildirib.

Görüşdən sonra işçilərin bir qismi hotellərə, digərləri isə avtobuslarla yaşadıqları şəhərlərə göndərilib.

Xatırladaq ki, İraqda girov götürülən inşaatçılar sentyabrın 30-da Türkiyənin Bağdaddakı səfirliyinə təhvil verilmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR