NATO Rusiyanın Suriyada İŞİD-lə mübarizə planını alqışlayır

NATO Rusiyanın Suriyada İŞİD-lə mübarizə planını alqışlayır
# 30 sentyabr 2015 03:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Bundan başqa, NATO Rusiyanın Suriyada İŞİD-lə mübarizəyə dair planını alqışlayır, deyə Stoltenberq qeyd edib.

NATO-nun baş katibi bununla belə qeyd edib ki, digər tərəfdən Suriya prezidenti Bəşər Əsəd rejiminin dəstəklənməsi siyasi həll yolunun axtarışına konstruktiv tövhə kimi qəbul edilə bilməz.

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının süssiyasında çıxışı zamanı islam dövlətlərinin iştirakı ilə beynəlxalq antiterror koalisiyasının yaradılmasına dair çağırış edib.

Rusiya, İran, İraq və Suriya bundan əvvəl Bağdadda İŞİD terror qruplaşması ilə mübarizədə addımların əlaqələndirilməsi məqsədilə ümumi İnformasiya Mərkəzi yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR