Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq

Azərbaycanın 12 bölgəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanacaq
# 05 oktyabr 2015 11:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

O, bildirib ki, diaqnostik qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan, Hacıqabul, Qubadlı, Masallı, Cəlilabad, Abşeron, İmişli, Xaçmaz, Saatlı və Sabirabadın təhsil müəssisələrində keçiriləcək: “Hazırda texniki məsələlər müzakirə olunur ki, qiymətləndirmə birinci hansı şəhərdə keçirilsin”.

İ. Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmə ümumilikdə 35-40 min müəllimi əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR