Avropa Birliyinə 20,5 ton marixuana keçirməyə cəhd edən 10 suriyalı həbs edilib

Avropa Birliyinə 20,5 ton marixuana keçirməyə cəhd edən 10 suriyalı həbs edilib
# 17 oktyabr 2015 21:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, İtaliya və Fransa polisi Aralıq dənizində Kuk adaları dövlət bayrağı altında üzən “Yupiter” adlı gəmini saxlayıb.

Polis nümayəndəsinin məlumatına görə, narkotik vasitə məharətlə yük yerində, yüzlərlə ton mərmər plitələrin altında, gəminin ikiqat döşəməsinin arasına gizlədilib.

Məlumata görə, 97 metr uzunluğu olan gəmidə narkotik vasitələrinin olması barədə operativ məlumat əldə etmiş polisin xüsusi qrupu 15 gün gəmidə axtarış aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR