ABŞ-ın Luiziana ştatında qaz borusunun partlaması nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Luiziana ştatında qaz borusunun partlaması nəticəsində 3 nəfər ölüb
# 09 oktyabr 2015 02:51 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Luiziana ştatındakı Qibson şəhərində qaz borusunda baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayış yerli elektrik stansiyasına qaz nəql edən boruların birində baş verib.

Partlayışın səbəbləri məlum deyil. Elektrik stansiyasının operatoru olan şirkətdən insident zamanı boru ilə qazın nəql olunmadığını bildiriblər.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR