İran 2016-cı ildə gündə 700 mln kubmetr qaz hasil etmək niyyətindədir

İran 2016-cı ildə gündə 700 mln kubmetr qaz hasil etmək niyyətindədir
# 13 sentyabr 2015 04:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın neft nazirinin müşaviri Mahmud Astaneh bildirib.

Press TV telekanalının məlumatına əsasən, bununla, İranda istehsal olunan təbii qazın ümumi həcmi gündə 50 mln kubmetrə çatacaq. Müşavir vurğulayıb ki, yaxın bir neçə il ərzində bu göstəricinin gündə 1,2 mlrd kubmetrə çatdırmaq planlaşdırılır. Bu həcmin yarısının daxili tələbatlara istifadə edilməsi nəzərdə tutulub.

Astaneh qeyd edib ki, qarşıdakı qış fəslində İranda təbii qazın gündəlik tələbatının təxminən 550 mln kubmetr həcmində olacağı proqnozlaşdırılıb: “Beləliklə, ölkədə qışda təbii qaz çatışmazlığı gözlənirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR