Dubaydakı mehmanxanada baş verən yanğın zamanı xəsarət alanlar arasında azərbaycanlının olmaması rəsmən təsdiqlənib

Dubaydakı mehmanxanada baş verən yanğın zamanı xəsarət alanlar arasında azərbaycanlının olmaması rəsmən təsdiqlənib
# 02 yanvar 2016 08:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Dubaydakı mehmanxanada baş verən yanğın zamanı xəsarət alanlar arasında azərbaycanlının olmaması rəsmən təsdiqlənib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Dubay Əmirliyinin dövlət orqanları tərəfindən Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna verilən rəsmi məlumata görə xəsarət alanlar içərisində Azərbaycan Respublikası vətəndaşları yoxdur. XİN-in daha əvvəlki açıqlamasında həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşlarının olduğu bildirilib.

Qeyd edək ki, dekabrın 31-də yeni ilin gəlişinə az qalmış Dubaydakı çoxmərtəbəli “Address Downtown” mehmanxanasında yanğın baş verib.

Yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR