Şirvan. Əlibəy Zeynalı - APA. Şirvanda intihar hadisəsi baş verib.
APA-nın Mil Muğan bürosunun verdiyi məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü Ağayev İbrahim İsmayıl oğlu özünü yaşadığı evin həyətində qaz borusundan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.