"Baku Crystal Hall"da uçqun olması barədə məlumat həqiqətə uyğun deyil" - YENİLƏNİB

"Baku Crystal Hall"da uçqun olması barədə məlumat həqiqətə uyğun deyil" - <span style="color: red;">YENİLƏNİB
# 20 aprel 2016 15:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Baku Crystal Hall”da uçqun olması barədə mediada yayılan məlumatlar tamamilə yanlışdır”.

Bunu APA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda “Baku Crystal Hall”da narahatlığa səbəb olan heç bir vəziyyət mövcud deyil: “Dayanacaqda yük maşınından yük boşaldılan zaman fəhlələrdən birinin ayağı zədələnib. O, dərhal həkim müayinəsinə götürülüb, hazırda narahatlıq yaradan heç bir səbəb yoxdur. Uçqunun, fövqəladə hadisənin olması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır”.

***

saat 17.14

Bakı - APA. "Bu gün bəzi media orqanlarında "Baku Crystal Hall"da uçqun olması barədə yayılmış məlumat həqiqətə uyğun deyil".

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

FHN-dən o da deyilib ki, gün ərzində "Baku Crystal Hall"da hər hansı hadisənin baş verməsi barədə nazirliyə heç bir məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR