DBNX-da yeni sektor və şöbə yaradılıb

DBNX-da yeni sektor və şöbə yaradılıb
# 26 oktyabr 2015 07:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) yeni sektor və şöbə yaradılıb.

Bu barədə APA-ya DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, DBNX-da yeni yaradılan sektorun adın Hüquq və kadrlarla iş sektoru adlanır: “Digər yeni yaradılan Baytarlıq nəzarəti şöbəsinin nəzdində isə 2 sektor - Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektoru və Baytarlıq müfəttişliyi sektoru yaradılıb”.

Y. Xanvəli qeyd edib ki, yeni yaradılan sektor və şöbəyə hər hansı bir təyinat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR