"DemirBank" "Energocredit" layihəsi çərçivəsində alınan məhsulların 10%-ini müştərilərə qaytarır

"DemirBank" "Energocredit" layihəsi çərçivəsində alınan məhsulların 10%-ini müştərilərə qaytarır
# 16 sentyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Energocredit” layihəsi çərçivəsində "DemirBank"ın müştəriləri tərəfindən “Energocredit”lə alınmış məhsulların dəyərinin 10%-i onlara nağd şəklində geri ödənilir.

“DəmirBank”dan “APA-Economics”ə verilən xəbərə görə, müştərilərə mütəxəssislərin pulsuz texniki dəstəyindən yararlanmaq imkanı da verilir.

“Avropa Yenidənqurma və İnkişaf Bankı” (AYİB) tərəfindən tətbiq edilən “Energocredit” layihəsinin məqsədi daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmələrinə yardımcı olmaqdır.

Qeyd edək ki, “DəmirBank” “Energocredit” layihəsinə ötən ilin sentyabr ayından qoşulub. AYİB layihəni gerçəkləşdirmək üçün “DəmirBank”a 5 milyon dollar ayırıb.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR