Saakaşvili Münhendə Medvedevin çıxışı zamanı zalı tərk edib

Saakaşvili Münhendə Medvedevin çıxışı zamanı zalı tərk edib
# 13 fevral 2016 17:56 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın baş naziri Dmitri Medvedevin Mühhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı zalı tərk edib.

APA-nın məlumatına görə, Medvedev səhnədə dünya təhlükəsizliyi mövzusunda çıxış edərkən, Saakaşvili nümayişkaranə zalı tərk edib.

Xatırladaq ki, Sakkaşvilinin 2013-cü ildə BMT Baş Assambleyasında çıxışı zamanı Rusiya nümayəndə heyəti zalı tərk etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR