Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

 Respublika çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 10 iyul 2015 09:41 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 55-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylara gəlincə, iyulun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 38 faizinə bərabər olub.

İyulun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Surrada 7 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2014-cü il iyulun 10-da 297 sm), Şirvanda 157 sm (2014-cü il iyulun 10-da 135 sm), Salyanda 83 sm (2014-cü il iyulun 10-da 62 sm), Bankədə 173 sm (2014-cü il iyulun 10-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 37 sm (2014-cü il iyulun 10-da 21 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR