Səbail rayonunda 9 yaşayış binasının poleuretan və penoplast üzlüyü sökülüb

Səbail rayonunda 9 yaşayış binasının poleuretan və penoplast üzlüyü sökülüb
# 14 iyul 2015 15:25 (UTC +04:00)

Bakı-APA. Səbail rayonunda yanma təhlükəsi olan materiallarla üzlənmiş 9 ədəd yaşayış binasının poleuretan və penoplast üzlük panelləri tam demontaj olunub, binaların fasadına suvaq çəkilərək müasir üslubda rənglənib.

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bunu Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şura rayonda bu ilin 6 ayının yekunları ilə bağlı keçirilən iclasda Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib.

Hesabat dövrü ərzində Bakı Su İdmanı Sarayının, “İnturist” otelinin, Veloparkın, Avropa Oyunları Parkının, Dövlət Bayrağı Meydanı ərazisində YARAT Müasir İncəsənət Mərkəzinin, yeni Daş salnamə muzeyinin, Azərbaycan Evinin, Bayıl bulvarının, Avropa Oyunları Parkının qarşısında yaradılmış parkın, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin, “Sülh ağacı” abidəsinin, “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin binasının açılış mərasimləri keçirilib, əsaslı təmirdən sonra Bakı İdman Sarayı istifadəyə verilib. Hazırda rayonda “Alov qüllələri” kompleksinin, Dənizkənarı Milli Parkda “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni Xəstəxananın, yeni İdman Kompleksinin, yeni otelin və 3 ədəd yeni su anbarlarının, mərkəzdə yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının, yeni İş Mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Səbail Rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması, R.Mustafayev adına İncəsənət Muzeyinin əsas binasının və 190 saylı orta məktəbin əsaslı təmiri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR