Komitə sədri: "Bu gün təxminən minə yaxın milli standart mövcuddur"

Komitə sədri: "Bu gün təxminən minə yaxın milli standart mövcuddur"
# 07 mart 2018 12:32 (UTC +04:00)

Bu gün bizim standart fondumuzda 20 mindən artıq standart mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu “Caspian European Club”un sahibkarla keçirdiyi görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunun böyük əksəriyyəti dövlət standartlarıdır.

“Bura beynəlxalq və Avropa standartları da aiddir. Bu gün təxminən minə yaxın milli standart mövcuddur”, - deyə R.Həsənov əlavə edib.

Komitə sədri bildirib ki, bu standart fondunun 46%-i artıq Avropa və beynəlxalq standartlar ilə uyğunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR