AMEA əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib

AMEA əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
# 17 fevral 2017 11:55 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A.Cahangirova ittihama münasibət bildirərək, özünü təqsirli bilmədiyini deyib.

İclasda ifadə verən zərərçəkmiş şəxslər isə zərərin ödənilməsini istəyiblər.

Proses fevralın 24-də davam edəcək.

Aliyə Cahangirova Azərbaycan AMEA-da dizayner vəzifəsində işləyib. İttihama görə, Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib. Bundan başqa, Aliyə Cahangirova M.Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb. Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR