Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100-ü ötüb - YENİLƏNİB-1

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100-ü ötüb - <span style="color: red;">YENİLƏNİB-1
# 05 fevral 2017 18:18 (UTC +04:00)

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.

Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.

Uçqunlara səbəb üç gün ərzində aramsız yağan qar olub.

***

18:44

Əfqanıstanda yağan güclü qardan sonra qar uçqunları və şaxta nəticəsində son 3 gündə ölənlərin sayı 54 nəfərə çatıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlayıb.

Ö. Məhəmmədi deyib ki, ölkənin 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb, 42 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.

***

saat 16.02

Əfqanıstanda yağan güclü qardan sonra qar uçqunları nəticəsində son 3 gündə ən azı 38 nəfər ölüb.

APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlayıb.

Ümumilikdə ölkənin 22 əyalətinə güclü qar yağıb, 20 ev dağılıb. Ö. Məhəmmədi təbii fəlakət nəticəsində 20 nəfərin xəsarət aldığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR