Gədəbəydə avtomobil dərəyə aşıb, ölən var

Gədəbəydə avtomobil dərəyə aşıb, ölən var
# 02 avqust 2017 10:02 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 1-də saat 1.00 radələrində Gədəbəy rayonunun Çayrəsullu kəndi ərazisində kənd sakini Mahir Sadıqov idarə etdiyi “UAZ-469” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR