Nazirlik Bakıda ağacların kəsildiyini aşkarlayıb

Nazirlik Bakıda ağacların kəsildiyini aşkarlayıb
# 24 yanvar 2018 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub.

Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.

Faktla bağlı A. Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR