Nazirlik: Azərbaycanda qripə yoluxma vəziyyəti epidemioloji hədd daxilindədir

Nazirlik: Azərbaycanda qripə yoluxma vəziyyəti epidemioloji hədd daxilindədir
# 29 dekabr 2016 14:26 (UTC +04:00)

Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya bildirib ki, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: “İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar”.

V. Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR