Bakıda 22 yaşlı qadını öldürən tanışına hökm oxunub

Bakıda 22 yaşlı qadını öldürən tanışına hökm oxunub
# 10 yanvar 2017 11:51 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə V. Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyulunda Bakıda 1961-ci il təvəllüdlü V. Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqla qətlə yetirib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

V. Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR