Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 14 may 2015 12:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ənvər Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Hüseynov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ənvər Hüseynov vətəndaşların etibarından istifadə edərək dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsinə əsasən təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR