Bakıda kişi qadını döyərək, əlini ütü ilə yandırıb

Bakıda kişi qadını döyərək, əlini ütü ilə yandırıb
# 23 iyul 2015 15:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda kişi qeyri-rəsmi birgə yaşadığı qadına xəsarət yetirib.

APA-nın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR