Rusiyada yanğın zamanı 2 pensiyaçı və 2 azyaşlı ölüb

Rusiyada yanğın zamanı 2 pensiyaçı və 2 azyaşlı ölüb
# 25 noyabr 2017 00:41 (UTC +04:00)

Rusiyada baş verən yanğın nəticəsində 2 pensiyaçı və 2 azyaşlı uşaq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Vladivostok şəhərində, yaşayış binasında qeydə alınıb.

Yanğın söndürüləndən sonra mənzildə iki ahıl yaşda olan şəxsin (1942 və 1947-ci il təvəllüdlü) meyiti aşkar edilib.

Yanğınsöndürənlər iki azyaşlını yanan mənzildən çıxarsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR