İrəvanın mərkəzində oturaq etiraz aksiyası keçirilir

İrəvanın mərkəzində oturaq etiraz aksiyası keçirilir
# 28 iyul 2015 02:46 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın liderlərindən biri olan Andreas Qukasyan bilirib.

“Bizim vəzifəmiz şəhərin mərkəzində aksiyanın keçirilməsi mümkün olanadək polisi gərginlikdə saxlamaqdır”, deyə Qukasyan bildirib. “Biz polislə qarşıdurmaya getməməyə qərara gəldik, lakin mütəmadi olaraq vəziyyətin gərginləşdirilməsinə yönəldilən addımlar atacağıq”, deyə o bildirib. Fəalın sözlərinə görə, hazırda hərəkatın üzvləri Gümrü, Vanadzor, Talin və Aştarakda çağırışların əks olunduğu vərəqələr yayırlar. Analoji addım iyulun 30-da İrəvanda atılacaq.

Məlumata görə, 12 nəfərədək etirazçı 1940-91-ci illərdə Leninin heykəli yerləşdiyi ərazidə asfaltın üzərində yerləşərək oturaq aksiya keçirir. Polis məhz burada aksiyanın keçirilməsinə icazə verərək etirazçıları meydanın mərkəzinə buraxmayacağını bildiirb.

Piketin keçirildiyi ərazi polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR