Tovuzda zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağdam kənd sakini, 1968-ci il təvəllüdlü Musayev Tariyel dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
T. Musayevin həddən artıq dərman həbi qəbul edərək zəhərləndiyi bildirilir.