Azərbaycan prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb
# 21 iyul 2015 15:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, musiqi sahəsində xüsusi istedadı olan Əsgərzadə Cəmilə Fuad qızı (Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi) və Əzimova Çinarə Mehman qızının (Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi) adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Onlar həmçinin xüsusi aylıq təqaüdə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR