Bakıda Latviya Respubilkasının 99-cu ildönümü ilə əlaqədar qəbul keçirilib

Bakıda Latviya Respubilkasının 99-cu ildönümü ilə əlaqədar qəbul keçirilib
# 23 noyabr 2017 17:57 (UTC +04:00)

Noyabrın 23-də Latviya Respubilkasının 99-cu ildönümü münasibətilə Latviyanın ölkəmizdəki səfirliyində qəbul keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs Latviya və Azərbaycan ikitərəfli münasibətlərində bu ilin çox tədbirlərlə yaddaqalan il olduğunu xatırladıb.

O bildirib ki, Latviya və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr qürurvericidir: "Nəzərə alsaq ki, hər iki ölkə növbəti il öz müstəqilliklərinin 100 illiyini qeyd edəcək, mən əminəm ki, bu münasibətlər həm də iqtisadi əlaqələrin inkişafına böyük təkan olacaq".

Səfir qeyd edib ki, Latviyanın Azərbaycanla əməkdaşlığa olan marağı uzun müddətlidir və bunun naminə Latviya tərəfi öhdəsinə düşən bütün vəzifələri yerinə yetirməyə can atacaq: "Bu əməkdaşlığın qarşılıqlı və çoxtərəfli olmasını arzulayırıq. Buna görə də, iqtisadi əlaqələr və tranzitlə yanaşı, həm də mədəniyyət, təhsil, turizm və digər sahələrdə də yeni layihələrin hazırlanması diqqət mərkəzindədir".

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya naziri Hüseyn Bağırov Latviya Respublikasının 99-cu ildönümü münasibətilə Azərbaycan dövlət başıçısının Latviya xalqına təbriklərini çatdırıb.

Azərbaycan və Latviya arasında əlaqələrin 2005-ci ildən inkişaf etdiyini qeyd edən Nazir bildirib ki, Azərbaycan bütün dövlətlərlə, eləcə də Latviya ilə bütün sahələrdə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır: "Latviya və Azərbaycan arasında hökumətlərarası komissiyanın sədri olaraq bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin daha da inkişafl üçün çox iş görülməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR