Azərbaycanda silah alveri ilə məşğul olan şəxslər tutulub

Azərbaycanda silah alveri ilə məşğul olan şəxslər tutulub
# 13 oktyabr 2016 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bərdədə silah satan şəxslər tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, 43 yaşlı Şikar Məmmədov 1 ədəd “AK” markalı silahı güllələri ilə birgə satarkən saxlanılıb.

Araşdırmalar zamanı onun silahı Laçın rayon sakini Tacir İsgəndərovdan aldığı müəyyənləşib. T. İsgəndərov da tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR