Azərbaycanda quraşdırılan bankomatların sayı 9%-dən çox artıb

Azərbaycanda quraşdırılan bankomatların sayı 9%-dən çox artıb
# 10 avqust 2015 12:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 2015-ci il iyulun 1-nə 2 703 ədəd bankomat quraşdırılıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 85 ədəd və ya 3,25% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 227 ədəd və ya 9,17% çoxdur.

Cari ilin iyulun 1-nə bankomatların 1 530-u (keçən ilə nəzərən 10,15% artımla) Bakı şəhərində, 1 173-si (keçən ilə nəzərən 7,91% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

Statistikadan da göründüyü ki, ölkə ərazisində quraşdırılan bankomatların 56,6%-dən çoxu Bakının ərazisində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR