Ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyatı başlayıb
# 29 iyun 2015 07:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bakalavrların qeydiyyatı iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.

Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR