Vüsal Hüseynov: “Əcnəbilərin əmək vizaları ASAN Viza ilə almaları təmin edilib”

Vüsal Hüseynov: “Əcnəbilərin əmək vizaları ASAN Viza ilə almaları təmin edilib”
# 19 iyul 2018 09:56 (UTC +04:00)

“Azərbaycana səfər edən əcnəbilərin ASAN Viza sistemi vasitəsilə elektron əmək vizaları almaları təmin edilib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. V. Hüseynov olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində də işlərin görüldüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR