Bakıda və İmişlidə yanğın hadisələri qeydə alınıb

Bakıda və İmişlidə yanğın hadisələri qeydə alınıb
# 20 may 2015 06:41 (UTC +04:00)

Bakı-APA. Mayın 19-da Bakının Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə 8 ton ot bağlamasının 2 tonu yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.


Həmin gün Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin hamamında tavan 3 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Məlumata görə, İmişli rayonunun Şahverdi kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin hamamında su qızdırıcısı və tavan 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR