Merkel və Tramp Rusiya ilə münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər

Merkel və Tramp Rusiya ilə münasibətləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 28 yanvar 2017 23:16 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel ötən gün aralarında keçirilmiş telefon danışığı zamanı Rusiya ilə münasibətlər və Ukraynadakı vəziyyət də daxil olmaqla, beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp və kansler Merkel arasında geniş telefon danışığı keçirilib. NATO, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, Rusiya ilə münasibətlər və Ukraynadakı böhranla bağlı məsələlər müzakirə olunub”, - deyə məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR