Beyləqanda dayısının evindən oğurluq edən keçmiş məhkum tutulub

Beyləqanda dayısının evindən oğurluq edən keçmiş məhkum tutulub
# 05 fevral 2018 15:28 (UTC +04:00)

Beyləqan rayonunda dayısının evindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Örənqala kənd sakini Yasin Çərkəzov polisə müraciət edərək, ailə üzvləri evdə olmadığı müddətdə evdən 2000 manat və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar zamanı Y. Çərkəzovun evindən oğurluğun bacısı oğlu Yaşar Hacıyev və onun dostu Nizami Nağıyev tərəfindən edildiyi məlum olub.

Hər iki şəxs saxlanılıb. Onlar oğurluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin əvvəllər məhkum olunduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR