MTN-in istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisinin məhkəməsi təxirə salınıb

MTN-in istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisinin məhkəməsi təxirə salınıb
# 01 fevral 2018 13:03 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda V. Ələkbərov səhhəti ilə bağlı iştirak etmədiyi üçün proses fevralın 8-nə təxirə salınıb.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR