Türk ordusu İŞİD-in Suriyadakı mövqelərini atəşə tutub

Türk ordusu İŞİD-in Suriyadakı mövqelərini atəşə tutub
# 23 iyul 2015 18:00 (UTC +04:00)

Bakı-APA. Türk ordusu İŞİD-in Suriyadakı mövqelərini tank və artilleriya atəşinə tutub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi əməliyyat Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində baş vermiş insidentdən sonra başlayıb.

Məlumata əsasən, Türkiyə ordusu silahlıların sərhədyanı mövqelərini atəşə tutub. Nəticədə 1 terrorçu məhv edilib, İŞİD-in bir neçə dayaq məntəqəsi məhv edilib. Bildirilir ki, əməliyyata F-16 qırıcıları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR