MSK sədri: “Seçkidə iştirak etmək istəyənlərə hər bir şərait yaradılır"

MSK sədri: “Seçkidə iştirak etmək istəyənlərə hər bir şərait yaradılır"
# 14 avqust 2015 07:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Seçki azad tәdbirdir, burada iştirak etmək istəyənlərə hər bir şәrait yaradılır".

APA-nın mәlumatına görә, bunu Mәrkәzi Seçki Komissiyasının (MSK) sәdri Mәzahir Pәnahov bәzi şәxslәrin bu il keçiriləcək parlament seçkilərini boykot edәcәyinə dair yayılan məlumatlara cavab verərkən deyib. Onun sözlәrinә görә, hər bir vətəndaşın seçkiyə istədiyi münasibәti göstәrmәk hüquq var: "Amma inanmıram ki,bu praktikadan istifadә olunsun. Seçkilәri boykot etmәk demokratik dünyanın qәbul etmәdiyi addımdır. Seçkilәr mәhz ona görәdir ki, vətəndaşlar öz münasibətlərini bildirsin. Mәsәlәn, parlament seçkilәrindә ictimaiyyət çıxsın, öz münasibәtini bildirsin. İstәsә sәs verәr, istәmәsә yox. Onun nәticәsindә dә parlament formalaşsın. Yәni çoxluğun fikri ortada olsun. Çoxluğun fikri ilә kim razılaşmasa, bu qeyri-adi mәsәlәdir. Demokratik dünyanın qәbul etmədiyi prinsipdir. Azlığın fikrini bildirmәyә də heç kəs mane olmamalıdır. Azәrbaycanda heç vaxt belә problemlәr olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR