Gəncədə qadın oğlu tərəfindən bıçaqlanıb

Gəncədə qadın oğlu tərəfindən bıçaqlanıb
# 05 yanvar 2017 19:11 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Şəhərin Məhsəti qəsəbəsində yaşayan 47 yaşlı Nargilə İsrail qızı Hüseynova qəsəbədə oğlu tərəfindən bıçaqlanıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yanlarından bıçaq xəsarəti alan qadına tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan N. Hüseynovanın oğlu ondan pul istəyib. Pul əldə edə bilməyən oğlan anası ilə mübahisə edib. Qadın qəsəbədə yaşayan digər oğlunun evinə getsə də, pul istəyən oğlu ora gələrək qadını bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR