Tramp seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb

Tramp seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb
# 27 noyabr 2016 02:28 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb və seçkilərin nəticələrini dərhal tanınmasını tələb edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Trampın bəyanatında bildirilir.

“Xalq öz sözünü dedi, səsvermə başa çatıb və seçkilərdən sonra məğlubiyyətini etiraf edərək məni təbrik edən Hillari Klintonun dediyi kimi “Biz bu nəticələri qəbul etməliyik və gələcəyə baxmalıylq”, - deyə məlumatda bildirilir.

Tramp 13 əsas ştatlardan 9—da – 2600-dən çox dairə üzrə qələbə qazandığını xatırladıb: “1984-cü ildən, Ronald Reyqanın prezidentliyindən sonra heç bir respublikaçı belə nəticə göstərməyib”.

“Bu Yaşıllar Partiyasının namizədi Cil Stayn tərəfindən dələduzluqdur. Seçkilərin nəticələrini qəbul etmək lazımdır, onlara hörmətlə yanaşılmalıdır”, -deyə Tramp qeyd edib.

Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR