BQXK-nın Azərbaycan nümayəndəliyi: Məlumatlar təsdiq olunarsa, mandatımıza uyğun addım atacağıq

BQXK-nın Azərbaycan nümayəndəliyi: Məlumatlar təsdiq olunarsa, mandatımıza uyğun addım atacağıq
# 02 fevral 2017 10:21 (UTC +04:00)

“Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələ ilə bağlı media məlumatlarını yaxından izləyir”.

Bu sözləri APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azərbaycan vətəndaşı Elnur Heseynzadə ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, məlumatlar təsdiq olunarsa, BQXK öz mandatına uyğun olaraq saxlanma şəraiti və rəftarı monitorinq etmək və ona ailəsi ilə əlaqə qurmaq imkanı yaratmaq üçün saxlanan şəxsə baş çəkməyə hazırdır.

Xatırladaq ki, erməni tərəfi Azərbaycan ordusunun əsgəri Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə E. Hüseynzadənin bir müddət əvvəl ordudan tərxis edildiyini və hazırda hərbi qulluqçu olmadığını açıqlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR