Şəmkirdə sərxoş sürücü avtomobili divara çırpıb

Şəmkirdə sərxoş sürücü avtomobili divara çırpıb
# 09 dekabr 2016 04:49 (UTC +04:00)

Şəmkirdə avtomobil divara çırpılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Eynar İsmayılov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı divara çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir. Qəzanın sürücünün sərxoş olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR