İsmayıllının Kürdmaşı kəndi ilanların kütləvi hücumuna məruz qalıb, 40-dək zəhərli sürünən öldürülüb

İsmayıllının Kürdmaşı kəndi ilanların kütləvi hücumuna məruz qalıb, 40-dək zəhərli sürünən öldürülüb
# 29 oktyabr 2016 11:02 (UTC +04:00)

İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub.


APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsi olduğundan bu hal onlar üçün çətinlik yaradır.

İlanlara artıq kənddə də rast gəlinir. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər. Kənd sakinlərinin dediyinə görə, ilanların uzunluğu 1.5 və 2 metrdir. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması təəccüb doğurub.


Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanlar görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR