Paşha Bank
Bank Of Baku

FHN Tərtər, Kürdəmir və Goranboyda yanğına qarşı maarifləndirmə tədbirləri keçirib

Yanğına qarşı maarifləndirmə tədbiri

© APA | Yanğına qarşı maarifləndirmə tədbiri

# 13 dekabr 2021 16:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər rayonunun Xoruzlu kəndində, Kürdəmir və Goranboy şəhərlərində tikilməkdə olan təhsil obyektlərində inşaat işlərini həyata keçirən işçi heyəti üçün yanğına qarşı maarifləndirmə tədbirləri təşkil edib.

APA-nın FHN-in saytına istinadən məlumata görə, tədbirlərdə iştirakçılara tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman yanğın təhlükəsizliyi normaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. İdarənin əməkdaşları, həmçinin, “112” qaynar telefon xəttinin təyinatından bəhs edib, yanğınların qarşısının alınması üçün həyata keçirilməli olan zəruri tədbirlərdən söz açıblar.

Sonda suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR