Səhiyyə Nazirliyi: Bakıda binada baş verən yanğında iki nəfər ölüb - VİDEO

Səhiyyə Nazirliyi: Bakıda binada baş verən yanğında iki nəfər ölüb - <span style="color: red;">VİDEO
# 19 may 2015 09:37 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.

Azyaşlı tüstüdən boğularaq ölüb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR