“Bakcell” şirkəti və AFFA “Mançester Yunayted” futbol məktəbinə növbəti uşaq seçimi prosesinə başlayır

“Bakcell” şirkəti və AFFA “Mançester Yunayted” futbol məktəbinə növbəti uşaq seçimi prosesinə başlayır
# 14 avqust 2015 14:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted futbol məktəbinə uşaq seçimi prosesinin başlanmasını elan edir.

Şirkətdən “APA-Economkics”ə verilən məlumata görə, Bakıda “Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 qrupu və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaqlar.

2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi 22 avqust, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə 23 avqust 2015-ci il tarixində keçiriləcək.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə “Bayıl Arena” stadionuna gəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd

- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallara cavab almaq üçün 0555119078 nömrəsinə zəng etmək və ya [email protected] ünvanına email yollamaq olar.

Qeyd edək ki, Mançester Yunayted futbol məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR